Bank Of Baku

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib
# 18 yanvar 2013 08:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi iki turdan ibarət Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının I mərhələsinə start verilib.

 

FAİREX-dən APA-ya verilən məlumata görə, Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən Çempionatın təsnifat-seçim mərhələsi 2 gün davam edəcək.

 

Qusarın ən hündür dağ kəndlərindən olan Ləzədə keçirilən yarışda iştirak edən idmançıların sayı 100-dən artıqdır. Bu say tərkibi idmançılarımızın buzadırmanma idman növünə olan potensialının göstəricisidir. Şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda iradə, qətiyyət, məharət və ustalıq nümayiş etdirirlər. İdmançılar arasında təsnifat-seçim mərhələsini uğurla keçərək final - çətinlik və sürət mərhələsinə vəsiqə qazanmaq uğrunda qızğın mübarizə gedir.

 

Qeyd edək ki, Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının final mərhələsi yanvarın 26-27-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR