Bank Of Baku

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb - FOTO

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb - <span style="color: red;">FOTO
# 04 fevral 2013 12:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə 18 yanvar-3 fevral 2013-cü il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı sona çatıb.

 

FAİREX-dən APA-ya verilən məlumata görə, çempionatın təsnifat-seçim yarışları üzrə I mərhələsi 18-19 dekabr tarixlərində, çətinlik və sürət üzrə II mərhələsi isə 2-3 yanvar tarixlərində keçirilib.

 

Çempionatın final mərhələsində Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran və Gürcüstanın 20-dən artıq idmançısı iştirak edib. Ümumi nəticələrə görə komandalararası yarışda FAİREX-in “Salavat” idman komandası I yerə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR