Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə dekabrın 20-21-də “ClimBaku” İdman Dırmanma Mərkəzində Draytulinq (Drytooling) üzrə II Respublika Çempionatı keçiriləcək.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçiriləcək Çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubunun iştirakı nəzərdə tutulur.
Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.