Bank Of Baku

FHN-in qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib

FHN-in qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib
# 20 fevral 2015 13:49 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının təşkilatçılığı ilə 19-20 fevral 2015-ci il tarixində FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında nazirliyin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib.


FHN İdman-Sağlamlıq Klubundan APA-ya verilən məlumata görə, nazirliyin 18 qurumunu təmsil edən 100-ə yaxın nümayəndə 24 kq-lıq daşlarla öz gücünü 60, 65, 70, 80, 90 və 90 kq-dan yuxarı çəki dərəcəsində sınayıb.

 

Hər təkan 24 kq-lıq daşlarla icra edilib və 2 xalla qiymətləndirilib. Əvvəlcə birdənqaldırma, sonra təkan çalışmaları yerinə yetirilib. Gərgin mübarizə şəraitində keçən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev hakimlik edib.


Komanda hesabında 1-ci yerə FHN-in Mülkü müdafiə qoşunları (MMQ), 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), 3-cü yerə isə Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) layiq görülüb.


Şəxsi birincilikdə isə 60 kq-lıq çəkidə Orxan İsgəndərov (DYMX), 65 kq-lıq çəkidə
Vüsal Orucov (DYMX), 70 kq-lıq çəkidə Xəzər Rüstəmov (MMQ), 80 kq-lıq çəkidə Mətləb Məmmədov (MMQ), 90 kq-lıq çəkidə Bəhruz Aslanov (Gəncə Regional Mərkəzi), 90 kq-dan yuxarı çəkidə Mail Əliyev (MMQ) çempionatın qalibi olub.


İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onları kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR