Bank Of Baku

İdman dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək

İdman dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək
# 17 sentyabr 2014 08:30 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 20-21-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanması Mərkəzində idman dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək.

 

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən, respublikanın müxtəlif bölgələrindən olan klubların idmançılarının iştirakı gözlənilir.

 

3 mərhələdə (təsnifat, yarımfinal, final) keçiriləcək yarışda idmançılar boulderinq və sürət növləri üzrə qüvvələrini sınayacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR