Bank Of Baku

Qəbələdə səmti müəyyən etmə idman növü üzrə çempionat keçirilib - FOTOSESSİYA

Qəbələdə səmti müəyyən etmə idman növü üzrə çempionat  keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 sentyabr 2014 13:48 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun tədbirlər planına əsasən, növbəti çempionat Qəbələ şəhərinin meşə massivində Səmti müəyyən etmə idman növü üzrə keçirilib.

 

FHN-in İdman Sağlamlıq Klubundan APA-ya verilən məlumata görə, qurumun bütün əməkdaşları meşə massivində çadırlarda yerləşdirilib. Yarışın ilk günü iştirakçılar qısa məsafə üzrə (6 punk) mübarizə aparıblar. Növbəti gün isə uzun məsafə üzrə (10 punk) yarışıblar. 2 gün ərzində davam edən gərgin mübarizədə həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyən edilib. Yarışı baş hakim Nizami Mursaqulov izləyib.

 

Komanda hesabında qaliblər:

1-ci yer Dövlət Sularda Xilasetmə Xidməti

2-ci yer Sumqayıt regional mərkəzi

3-cü yer Muğan regional mərkəzi

 

Qadınlar arasında şəxsi hesabda qaliblər:

1-ci yer Mərdanova Gülnarə (Şimal regional mərkəz)

2-ci yer Eyvazova Arzu (Xüsusi Riskli Xilasetmə Xidməti)

3-cü yer Eyyubova Rəqsanə (Sumqayıt regional mərkəzi)

 

Kişilər arasında qaliblər:

1-ci yer Bağırov Zahir (Sumqayıt regional mərkəzi)

2-ci yer Allahverdiyev Mübəssil (Xüsusi Riskli Xilasetmə Xidməti)

3-cü yer Babayev Vüqar (Dövlət Sularda Xilasetmə Xidməti)

Tədbirin sonunda İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edib, medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR