Bank Of Baku

Ukraynalı atlet: “Azərbaycan yığmasından təklif almışdım”

Ukraynalı atlet: “Azərbaycan yığmasından təklif almışdım”
# 28 mart 2014 13:11 (UTC +04:00)

Bakı – APA. “Mən vaxtilə Azərbaycan, Polşa və başqa ölkələrin yığmalarından təklif almışdım”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı ağırlıqqaldıran Olqa Korobka deyib.

 

Azərbaycan yığmasından real təklif aldığını söyləyən 29 yaşlı 3 qat Avropa çempionu vətənində verdiyi müsahibədə dəfələrlə başqa ölkənin bayrağı altında çıxış etmək variantının olduğunu bildirib: “Məni Ukraynada hər şey qane edir. Elə bu üzdən də vətəni heç bir ölkəyə dəyişməmişəm”.

 

Korobka 2008-ci ildə keçirilən Pekin Olimpiadasının gümüş mükafatçısıdır. O, 2003, 2006 və 2007-ci illərdə dünya çempionatında 3 bürünc medalın sahibidir. 2012-ci ildə qanında istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün 4 il cəzalanan Olqa karyerasını bitirməyə qərar verib.

 

Qeyd edək ki, hazırda Azərbaycan millisi də oxşar problemlə üzləşib. 2 milliləşən legioner də daxil olmaqla, 9 atletimiz dopinqdə “ilişərək”, diskfalifikasiya edilib. Bu isə yığmamıza Rio-de-Janeyro Olimpiadasına buraxılmamaq təhlükəsi yaradıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR