Bank Of Baku

Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə respublika çempionatı keçirilir

Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə respublika çempionatı keçirilir
# 05 aprel 2013 10:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə aprelin 5-7-də “ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə Respublika çempionatı keçirilir.

 

Federasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3 mərhələdə keçiriləcək çempionatda idmançılar bu gün boulderinq, aprelin 6-da çətinlik, aprelin 7-də isə sürət mərhələlərində qüvvələrini sınayacaqlar.

 

Yarışlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının müxtəlif bölgələrdən olan idman klublarının 70-ə yaxın yeni başlayan yeniyetmə və gənc idmançısı iştirak edir.

 

Çempionatın keçirilməsində məqsəd ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR