Bank Of Baku

Polşa prezidenti Lissabon sazişini imzalamaqdan imtina edib

Polşa prezidenti Lissabon sazişini imzalamaqdan imtina edib
# 01 iyul 2008 07:57 (UTC +04:00)
Varşava-APA. Polşa prezidenti Lex Kaçinski Avropa İttifaqında islahatların aparılmasını nəzərdə tutan Lissabon sazişini paraflamaqdan imtina edib. APA-nın məlumatına görə, Polşa prezidenti bildirib ki, İrlandiyada referendumun məlum nəticələrindən sonra sazişi imzalamağın heç bir mənası yoxdur. Qeyd edək ki, İrlandiyada keçirilən xalq səsverməsində vətəndaşların əksəriyyəti Lissabon sazişinin imzalanmasının əleyhinə səs veriblər. Kaçinski bildirib ki, Aİ ölkələrindən biri sazişi imzalamaqdan imtina edirsə, digər ölkələrin həmin sənədə imza atması əhəmiyyətsizdir. Bundan əvvəl Almaniya prezidenti Xorst Keler də Lissabon sazişini imzalamaqdan imtina etmişdi. Bu günə kimi Avropa İttifaqına üzv 27 ölkədən yalnız 19-u Lissabon sazişini ratifikasiya edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR