Bank Of Baku

Türkiyədə iki ordu generalı, Ankara Ticarət Palatasının sədri və tanınmış jurnalist həbs olunub

Türkiyədə iki ordu generalı, Ankara Ticarət Palatasının sədri və tanınmış jurnalist həbs olunub
# 01 iyul 2008 09:14 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, onların hamısı mətbuatda “Ergenekon” adlandırılan qeyri-leqal təşkilatla bağlı bir neçə aydır aparılan istintaq çərçivəsində saxlanılıblar. Hazırda Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) saxlanılan bu şəxslərin bir qədər sonra İstanbula aparılacaqları gözlənilir.



Həbs olunanların hamısının evlərində və ofislərində axtarış aparılır. Adları çəkilən şəxslər Türkiyənin mövcud hökumətinə qarşı müxalif mövqeləri ilə tanınırlar. Atatürkçü Düşüncə Dərnəyi məşhur cümhuriyyət mitinqlərinin əsas təşkilatçısı olub.
Qeyd edək ki, indiyə qədər “Ergenekon” əməliyyatı çərçivəsində 49 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR