Bank Of Baku

Türkiyənin “Tercuman” qəzetinin baş redaktoru həbs olunub

Türkiyənin “Tercuman” qəzetinin baş redaktoru həbs olunub
# 01 iyul 2008 10:26 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ankara və İstanbulda səhər yerli vaxtla saat 07-00-da başlayan əməliyyat zamanı hökumətə qarşı müxalif mövqe tutan “Tercuman” qəzetinin baş redaktoru Üfüq Böyükçələbi də həbs olunub. “Cumhuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbayı həbs edən polislər qəzetin paytaxtdakı bürosunu mühasirəyə alıblar və orada axtarış aparıblar. Jurnalistin evində də axtarış aparılıb, onun kompüteri və bəzi sənədləri müsadirə edilib. İstefada olan ordu generalları Xurşid Tolon və Şənər Əruyğurun həbsi barədə isə Baş Qərargaha əvvəlcədən məlumat verilib. X. Tolon həbs edilərkən onun evinin qapısı sındırılıb və bu səbəblə sabiq komandanla polislər arasında mübahisə yaranıb. Hər iki generalın evlərində, eləcə də Atatürkçü Dşüncə Dərnəyinin mərkəzi ofisi və yerlərdəki ofislərində axtarışlar aparılıb. “Ergenekon”la bağlı istintaqa rəhbərlik edən İstanbul cümhuriyyət prokuroru Aykut Çingiz Ərgin isə həbslərdən xəbəri olmadığını bildirib. Prokuror həbslərin onun təlimatı ilə aparılmadığını deyib: “Bu haqda mənə məlumat verilməliydi. Bunu araşdıracağam”. Həbs dalğası barədə xəbərlər İstanbul birjasında qiymətlərin düşməsinə, xarici valyutanın dəyərinin artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR