Bank Of Baku

Türkiyənin baş naziri aparılan həbslərdən xəbəri olmadığını bildirib

Türkiyənin baş naziri aparılan həbslərdən xəbəri olmadığını bildirib
# 01 iyul 2008 11:40 (UTC +04:00)
Ankara APA. Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada və İstanbulda aparılan həbslərdən xəbəri olmadığını söyləyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan “ümid edirəm ki, bu istintaq nəticəsində qaranlıqlar aydınlığa çıxacaq”, deyib. AKP-nin sədr müavini, millət vəkili Dengir Mir Mehmet Fırat bildirib ki, məhkəmə qərarlarına hamı hörmət göstərməlidir. Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Məhərrəm İncə isə cəmiyyətdə atatürkçü, ulusalçı (milli dövlətçi) kimi tanınan şəxslərin həbsinə sərt şəkildə etiraz edib. O, “mən də ulusalçıyam, məni də həbs edin”, deyə hakimiyyətə səslənib. M. İncə “Ergenekon” adlandırılan təşkilatla bağlı istintaqın bir ildir davam etdiyini və hələ də ittiham aktının hazırlanmadığını vurğulayıb: “Son bir ildə bu istintaq çərçivəsində həbs olunanların ortaq özəlliyi AKP-yə qarşı müxalifətdə olmalarıdır. Bu həbslər Türkiyədə böyük olayların olacağını göstərir. Türkiyənin mənafeyini qorumaq, ölkənin təbii ehtiyatlarının, sərvətlərinin gecəyarısı xaricilərə satılmasına qarşı çıxmaq, hökumət mənsublarının xaricdə Türkiyəni tənqid etməsini pisləmək, hökumətin əleyhinə çıxmaq cinayətdirsə, mən də cinayətə yol verirəm. Məni də tutsunlar”. Polis əməliyyatının əsas hədəfi Atatürkçü Düşüncə Dərnəyinin baş katibi Suay Karaman isə baş verənləri “mülki çevriliş” kimi qiymətləndirib: “Türkiyədə iqtidar tərəfindən mülki çevriliş həyata keçirilir. Bunun nəticələrini yaxın vaxtlarda görəcəyik. Bu proses hansısa mərhələdə mütləq dayanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR