Bank Of Baku

İstefada olan generallar Hurşit Tolon və Şener Eruyğur barədə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib

İstefada olan generallar Hurşit Tolon və Şener Eruyğur barədə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib
# 03 iyul 2008 15:10 (UTC +04:00)
Ankara-APA. “Ergenekon qalmaqalı” ilə bağlı həbs olunaraq İstanbul Əmniyyət Müdirliyində saxlanan 23 nəfərin bir qrupu haqlarında həbs qətimkan tədbiri çıxarılması üçün Beşiktaş Ağır Cəza Məhkəməsinə göndərilib. APA-nın məlumatına görə, haqqında həbs-qətimkan tədbiri seçilməsi istənilən şəxslər arasında istefada olan generallar Hirşit Tolon və Şener Eruyğur da var. Saxlanan digər şəxslərin ilkin dindirilməsi davam edir, dindirmə prosesi başa çatdıqdan sonra həmin şəxslər haqqında həbs-qətimkan tədbiri seçilib-seçilməməsinə qərar veriləcək. Qeyd edək ki, “Ergenekon qalmaqalı” ilə bağlı saxlanan şəxslərə qarşı “Terror təşkilatı yaratmaq” maddəsi ilə ittiham irəli sürüləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR