Bank Of Baku

Türkiyənin müxalifətçi “Tercuman“ qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb

Türkiyənin müxalifətçi “Tercuman“ qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb
# 04 iyul 2008 07:39 (UTC +04:00)
Ankara APA. İyulun 1-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunmuş “Tercuman“ qəzetinin baş redaktoru Üfüq Böyükçələbi sərbəst buraxılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Üfüq Böyükçələbi, Siyami Yalçın, Murad Avar və Həmzə Dəmir iyulun 4-nə keçən gecə prokurorlar tərəfindən ifadələri alındıqdan sonra “Ergenekon terror təşkilatının üzvü olmaq” ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün İstanbul növbətçi 13-cü Ağır Cəza Məhkəməsinə göndərilib. Ancaq məhkəmə bu şəxslərin həbsdə qalmasına lüzum görməyib və onları azad edib.
Xatırladaq ki, polis tərəfindən həbs olunarkən Ü. Böyükçələbinin əlləri qandallanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR