Bank Of Baku

““Ergenekon” terror təşkilatına üzv olmaq” ittihamı ilə məhkəmə önünə çıxarılan İşçi Partiyası üzvlərindən biri həbs edilib, biri isə buraxılıb

““Ergenekon” terror təşkilatına üzv olmaq” ittihamı ilə məhkəmə önünə çıxarılan İşçi Partiyası üzvlərindən biri həbs edilib, biri isə buraxılıb
# 04 iyul 2008 08:46 (UTC +04:00)
Ankara APA. Türkiyə polisinin ““Ergenekon” terror təşkilatına üzv olmaq” ittihamı ilə məhkəmə önünə çıxardığı İşçi Partiyasının Gənclər Təşkilatının lideri Barbaros Xeyrəddin Altıntaş haqqında həbs qətimkan tədbiri seçilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, növbətçi məhkəmə önünə çıxarılan B. X. Altıntaş həbs edilsə də, onun müavini Tunç Akkoç sərbəst buraxılıb. T. Akkoç məhkəmə salonundan çıxdıqdan sonra jurnalistlərə açıqlamasında Türkiyədə vətənsevərləri, Atatürkün prinsiplərini məhkum etmək istəyənlərin öz istəklərinə çatmadıqlarını bəyan edib: “Bu ölkədə vicdanlı hakimlər var. Bunu bir daha sübut etdilər. Artıq “Ergenekon” oyunu çöküb”.
Qeyd edək ki, B. X. Altıntaş bir neçə ay əvvəl həbs olunmuşdular. İyulun 1-də həbs olunan 21 nəfərdən 4-ü isə artıq azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR