Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Məni hədələyirlər”

Rəcəb Tayyib Ərdoğan: “Məni hədələyirlər”
# 04 iyul 2008 09:08 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tələbələrlə görüşündə son günlər aparılan həbslərə dair suala cavabında deyib. O, xalqa mafiyanın çökdürüləcəyi barədə söz verdiklərini və buna böyük ölçüdə nail olduqlarını söyləyib. İstintaqı aparan prokuror Zəkəriyyə Özün isə Milli İstihbarat (kəşfiyyat) Təşkilatı, Əmniyyət Müdirliyi (polis təşkilatı) və Baş Qərargaha sorğu göndərərək “Ergenekon” adlı terror təşkilatı olub-olmadığını soruşduğu məlum olub. Bilavasitə baş nazirə tabe olan strukturlar kəşfiyyat və polis sorğuya verdikləri cavabda belə bir təşkilatın olduğunu bildirsələr də, Baş Qərargahdan “bilmirik” cavabı gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR