NATO-nun baş katibi Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etmədiyini bildirib

NATO-nun baş katibi Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etmədiyini bildirib
# 11 avqust 2008 07:46 (UTC +04:00)
Brüssel – APA. “Rusiya gürcü-osetin münaqişəsi zonasında ifrat dərəcədə gücdən istifadə edib”. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, bu bəyanatı NATO-nun baş katibi Yaap de Hoop Sxefferin adından onun mətbuat katibi Karmen Romero verib. Sxeffer Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etmədiyinə görə tənqid edib və tərəfləri atəşkəsə riayət etməyə çağırıb.
Qeyd edək ki, bu, Cənubi Osetiyada müharibənin başlamasından sonra NATO baş katibinin ilk rəsmi bəyanatıdır. Hələlik alyans hadisələrlə bağlı təcili iclas çağırmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR