Fransanın xarici işlər naziri: “Həm gürcü, həm də Rusiya qoşunları münaqişə zonasından çıxarılmalıdır”

Fransanın xarici işlər naziri: “Həm gürcü, həm də Rusiya qoşunları münaqişə zonasından çıxarılmalıdır”
# 11 avqust 2008 07:56 (UTC +04:00)
Tiflis – APA. Avropa Birliyinə sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündə Cənubi Osetiya münaqişəsinin həlli ilə bağlı plan təqdim edib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, planda atəşin dərhal dayandırılması, yaralılara tibbi yardım göstərilməsi və həm gürcü, həm də Rusiya qoşunlarının münaqişə zonasından çıxarılması nəzərdə tutulur: “Bizim vəzifəmiz aydındır. Biz tezliklə atəşin hər iki tərəfi qane edəcək tərzdə dayandırılmasına nail olmalıyıq. Problemin danışıqlar və diplomatiya yolu ilə həlli yolları axtarılmalıdır. Hərbi həll yolu yoxdur”. M. Saakaşvili isə Rusiyanın münaqişəni dayandırmaq gücündə olduğunu söyləyib: “Biz onların torpağına soxulmamışıq. Onlar bizim ərazimizə daxil olublar və bütün iztirablar bundan sonra başlayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR