Bank Of Baku

1991-ci ildə Vilnüsdə baş verən qanlı yanvar hadisələrini törətməkdə ittiham olunan “Alfa” qrupunun komandiri həbs olunub

1991-ci ildə Vilnüsdə baş verən qanlı yanvar hadisələrini törətməkdə ittiham olunan “Alfa” qrupunun komandiri həbs olunub
# 16 iyul 2011 07:31 (UTC +04:00)
Bakı - APA. 1991-ci ildə Latviyanın paytaxtı Vilnüsdə baş verən qanlı yanvar hadisələrinə görə təqsirləndirilən şəxslərdən biri Avstriyada həbs olunub. APA-nın xəbərinə görə, bu barədə Litva Baş Prokurorluğu açıqlama yayıb.

“İnterfax” həmin şəxsin Litva tərəfindən beynəlxalq axtarışa verildiyini və həbsi barədə Avropa orderi çıxarıldığını müəyyənləşdirib. Avstriyanın saxlanılan şəxsi ekstradisiya edib-etməyəcəyi bəlli deyil.

Litva prokurorluğu həmin şəxsin adını açıqlamasa da, yerli telekanallar onun “Alfa” qrupunun keçmiş komandiri Mixail Qolovatov olduğu haqda məlumat yayıb.

Qeyd edək ki, Litva rəhbərliyinin ölkənin müstəqilliyini elan etməsinə cavab olaraq SSRİ rəhbərliyi 1991-ci ilin yanvarında bu ölkəyə ordu yeridib. Yanvarın 13-də sovet desantçıları və “Alfa” qrupunun döyüşçüləri zirehli texnikanın köməyi ilə Vilnüs teleqülləsini ələ keçirib. Bu zaman qülləni müdafiə etməyə toplaşmış insanlara atəş açılıb. Nəticədə 14 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Baş verənlərlə bağlı Litvada cinayət işi açılıb, hadisədə iştirak edən Rusiya və Belarus vətəndaşları barəsində axtarış elan edib. Litva SSR Kommunist Partiyasının bir neçə funksioneri isə qanlı yanvar hadisələrində bu və ya digər dərəcədə iştirak etdiklərinə görə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR