Bank Of Baku

Avropa İttifaqının XİN başçıları Şurası: Qəddafi dərhal getməlidir

Avropa İttifaqının XİN başçıları Şurası: Qəddafi dərhal getməlidir
# 18 iyul 2011 16:12 (UTC +04:00)
Bakı - APA. Avropa İttifaqının üzvü olan 27 ölkənin xarici işlər naziri Liviya lideri Müəmmər Qəddafini dərhal istefa verməyə çağırıb.

APA-nın xəbərinə görə, müvafiq bəyanat XİN başçılarının Brüsseldə keçirilən növbəti görüşündə qəbul olunub.

Bəyanatda Qəddafinin bütün legitimliyini itirdiyi və Liviyanın yeganə legitim hakimiyyət orqanı kimi müxalifətin Milli Keçid Şurasının tanındığı vurğulanır, şuraya hər cür maliyyə yardımının göstərilməsi vacib sayılır.

XİN başçıları Liviyanın demokratik idarəetmə üsuluna keçməsi üçün hər cür siyasi və iqtisadi yardım edəcəklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR