Bank Of Baku

Qəzet qalmaqalına görə Britaniya parlamenti yay tətilini yubadır

Qəzet qalmaqalına görə Britaniya parlamenti yay tətilini yubadır
# 19 iyul 2011 01:35 (UTC +04:00)
Bakı-APA. Britaniyada qeyri-qanuni telefon dinləmələri qalmaqalı ilə bağlı Britaniya parlamentinin əlavə iclasının keçiriləcəyi gözlənilir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, qalmaqalın təhqiqatı çərçivəsində aparılan istintaqın gedişini müzakirə etmək üçün parlamentin Leyborist partiyasından olan üzvləri əlavə iclasın keçirilməsini tələb ediblər.
Britaniya parlamentinin Nümayəndələr Palatası çərşənbə günü 6 həftəlik yay tətilinə çıxmalı idi.
Lakin çərşənbə axşamı iyulun 19-da sözü gedən qalmaqalın aparıcı simaları media maqnatı Rupert Merdok ( Rupert Murdoch), vəzifəsindən istefa verdiyini elan etmiş London polisinin rəhbəri komissar Pol Stivenson (Paul Stephenson) parlamentin müvafiq komitələrində təşkil edilən dinləmələrdə iştirak edib ifadələr verməlidirlər.

Onların ifadələrini müzakirə edib, Baş nazirə məsələ ilə əlaqədar suallar vermək imkanı qazanmaq üçün parlamentdəki müxalifət əlavə iclasın çağırılmasını tələb edib.

Hazırda Cənubi Afrikada işgüzar səfərdə olan Britaniyanın Baş naziri Devid Kameron bu çağırışlara cavab olaraq, əlavə iclas keçirilməsinin mümkün olduğunu bildirib.

Baş nazir deyib ki, çərşənbə günü bəyanat vermək və dinləmələrdən irəli gələn suallara cavab vermək düzgün olardı.
Rupert Merdok, onun oğlu Ceyms ( James Murdoch) və News International şirkətinin keçmiş icraçı direktoru Rebeka Bruks (Rebekah Brooks) iyulun 19-da Nümyəndələr Palatasının mədəniyyət komitəsində News of The World qəzetində baş verənlərə dair dinləmələrdə iştirak etməlidirlər və komitə üzvlərinin suallarına cavab verməlidirlər.

Parlament dinləmələrində bazar günü qalmaqala görə istefa vermiş London polisinin rəisi komissar Pol Stivenson da iştirak etməlidir.

Pol Stivensonun istefa verməsinin səbəbi onun "News of the World"un sabiq baş redaktor müavini və məsul katibi Nil Uolis ilə (Neil Wallis) əməkdaşlıq etdiyinə görə tənqidə məruz qalmasıdır. Skotland-Yardın rəhbəri 2009-cu ildə ictimaiyyətlə əlqələri inkişaf etdirmək üçün "News of the World" qəzetinin baş redaktor müavini Nil Uolislə müqavilə bağlamışdı. Nil Uolis qanunsuz telefon dinləmələri qalmaqalı ilə bağlı iyulun 15-də həbs edilib.
Bazar günü, iyulun 17-də, artıq bağlanmış "News of the World" qəzetinin keçmiş baş redaktoru və Merdokun media imperiyasının rəhbərlərindən biri sayılan Rebeka Bruks London polisi tərəfindən həbs olunub, lakin sorğu-sual aparıldıqdan sonra o, zaminə buraxılıb.

İndiki şəraitdə Baş nazir Devid Kameronun Cənubi Afrikaya işgüzar səfərə getdiyinə görə Britaniyadakı opponentləri tərəfindən tənqidə məruz qalıb.

Nümayəndələr Palatasının Leyboristlərdən olan üzvləri hesab edirlər ki, Devid Kameron Merdokun media imperiyasının digər görkəmli nümayəndəsi, "News of the World"un keçmiş baş redaktoru Endi Kulsonu (Andy Coulson) vaxtı ilə özünün əlaqələr üzrə direktoru təyin etdiyinə görə parlament üzvlərinin suallarına cavab verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR