Bank Of Baku

London polisi telefon xakerliyi qalmaqalına görə tənqid olunur

London polisi telefon xakerliyi qalmaqalına görə tənqid olunur
# 20 iyul 2011 23:22 (UTC +04:00)
Bakı-APA. London polisi "News of the World" qəzeti tərəfindən telefon xakerliyi hallarının təhqiqatındakı uğursuzluqlara görə Britaniya parlamentinin hesabatında tənqidə məruz qalıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Britaniya parlamentinin Nümayəndələr palatası üzvləri tərəfindən hazırlanmış hesabatda London polisi (Met Police) bu işlə bağlı silsilə halı almış uğursuzluqlara yol verməkdə ittiham olunub.

Parlamentin Nümayəndələr palatasının Daxili işlər komitəsi eləcə də "News International" şirkətini təhqiqatın aparılmasına bilərəkdən əngəl törədilməsinə görə tənqid edib.

Telefon xakerliyi hallarına məruz qalanları bu barədə tez bir zamanda məlumatlandırmaq üçün hesabatda polis təhqiqatına əlavə resursların ayrılması tövsiyə olunub.

Telefon xakerliyi qalmaqalı ilə bağlı Baş nazir Devid Kameronun parlament qarşısında çıxış edəcəyi gözlənilir.


Parlamentin Leyboristlərdən olan üzvü Kris Braynt (Chris Bryant) deyib ki, Bukingem sarayının yüksək rütbəli simaları Kameron tərəfindən "News of the World" qəzetinin keçmiş redaktoru Əndi Kulsonu müşavir vəzifəsinə təyin etdiyinə görə narahatlıq bildiriblər.

Baş nazirin xidməti bu idianın tamamilə əsassız olduğunu qeyd edib.
Kulson Dauninq Stritin (Downing Street) əlaqələr üzrə direktoru vəzifəsindən bu ilin əvvəlində telefon xakerliyi qalmaqalına görə gedib. Polis zabitlərinə rüşvət verilməsində şübhəli bilindiyinə görə o, həbs edilib sorğu-suala tutulub. Lakin sonradan zaminə buraxılıb.
Telefonu qanunsuz dinlənilənlərin sayı minlərlədir.

Parlament üzvlərinin hazırladığı hesabatda "News International" şirkəti polisin ilk təhqiqatına əngəl törətməkdə ittiham olunur.

Eyni zamanda hesabatda qeyd olunur ki, təhqiqat ilə bağlı media qrupu əməkdaşlığa sövq etmək üçün Skotland Yard tərəfindən gerçək iradə nümayiş etdirilməyib.

Hesabatda deyilir ki, təhqiqata nəzarət edən London polisi başçısının keçmiş köməkçisi Əndi Heymanın (Andy Hayman) hərəkətləri qeyri peşəkar olub.

Hesabatda Heymanın antiterror şöbəsinin rəisi vəzifəsinə təyin edilməsinin məqsədəuyğunluğu sual altına alınır.

Eləcədə, Skotland Yardı tərk etdikdən 2 ay sonra onun "News International" şirkətinə işə düzəlməsi faktı "təəssüfedici" adlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR