Bank Of Baku

Britaniya parlamentdə avstriyalı media maqnatına hücum edilib

Britaniya parlamentdə avstriyalı media maqnatına hücum edilib
# 21 iyul 2011 01:49 (UTC +04:00)
Bakı-APA. News Corporation şirkətinin rəhbərləri, avstriyalı media maqnat Rupert Merdok (Rupert Murdoch) və oğlu Ceyms Merdok gizli telefon dinləmələri qalmaqalına dair Britaniya parlamentində millət vəkillərinin suallarını cavablandıran zaman Rupert Merdok təzyiqə məruz qalıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, içəri daxil olan kişi ona üz qırxma zamanı istifadə olunan sabun köpüyü atıb.
Hadisə baş verəndə dinləmələr iki saat idi ki, davam edirdi.
Sabun köpüyü Rupert Merdokun pencəyinə düşüb. Polisin hücum edən şəxsi saxladığı bildirilir.
Ceyms Merdok polisin atasını qoruya bilmədiyindən qəzəblənib.
Parlament qısa aradan sonra dinləmələri bərpa edib.
Xatırladaq ki, Merdoklar News of the World qəzeti müxbirlərinin telefonları gizli dinlədiklərindən dair xəbərdar olub-olmadıqları barədə suallar verilib.
Rupert Merdok millət vəkillərinə deyib ki, bu gün onun həyatında ən utancverici gündür.
Merdokun oğlu Ceyms News of the World qəzeti müxbirləri tərəfindən telefonları qanunsuz dinlənən insanlardan üzr istəyib.
Rupert Merdokun cavabları əsasən tərəddüdlü və ya qısa olub. Leyboristlər partiyasında millət vəkili Tom Vatson (Tom Watson) gizli telefon dinləmələrini "tam fiasko" adlandırıb və Merdokdan məsuliyyət hiss edib-etmədiyini soruşub. Rupert Merdokun cavabı "yox" olub.
O, jurnalistlərinin 11 senytabr qurbanlarının telefonlarını dinləməsi barədə iddialara dair sualları da cavablandırıb. Merdok belə bir sübutla rastlaşmadığını və Federal Təhqiqatlar Bürosunun (FBI) istintaq zamanı hər hansı sübut əldə edəcəyinə inanmadığını deyib.
Böyük Britaniyada mediaya sahibliyinin 40 ilində ilk dəfədir ki, Rupert Merdok parlament qarşısında cavab verir.
Qalmaqalla bağlı vəzifələrindən istefa verən iki yüksək rütbəli polis işçisi də millət vəkillərinin sualları ilə üzləşib.
Telefon dinləmələri qalmaqalı ətrafında hadisələr son həftələrdə dramatik inkişaf edib və parlament komitəsində dinləmələr də onun bir hissəsidir.

Avstraliyada Rupert Merdokun News Corporation şirkətinin səhmlərinin qiyməti azacıq qalxıb. Telefon dinləmələri qalmaqalı başlayandan bəri şirkətin səhmləri dəyərinin beşdə birini itirib.
Onların qiyməti Sidney birjasında 2 faizdən artıq qalxıb.
Bəzi təhlilçilər Merdokun şirkətin baş icraçısı vəzifəsindən istefa verəcəyini ehtimal edirlər və səhmlərin qiymətinin qalxmasını bu səbəblə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR