Bank Of Baku

Türkiyənin Van şəhəri ilə Ermənistanın paytaxtı arasında birbaşa aviasiya əlaqəsi yaradılacaq

Türkiyənin Van şəhəri ilə Ermənistanın paytaxtı arasında birbaşa aviasiya əlaqəsi yaradılacaq
# 22 iyul 2011 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Van şəhərindən Ermənistanın paytaxtı İrəvana birinci birbaşa təyyarə reysinin sentyabrın 11-də gerçəkləşdirilməsi gözlənilir. APA-nın “Arka” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə TÜRSAB-ın (Türkiyə Səyahət Agentlikləri Birliyi) Van filialının rəhbəri Abdulla Tunçdəmir deyib.

Van-İrəvan aviareysinin açılması ideyasının müəllifi olan A. Tunçdəmir hazırda erməni tərəfi ilə birlikdə bu proqramın reallaşdırılması üzərində iş aparıldığını bildirib. O qeyd edib ki, bu işlər USAİD-in Ermənistanda həyata keçirdiyi “Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına yardım” layihəsi çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, Vanda fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyəti hazırda İrəvanda səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR