Bank Of Baku

Xorvatiya serblərinin lideri Qoran Haciç Haaqaya gətirilib

Xorvatiya serblərinin lideri Qoran Haciç Haaqaya gətirilib
# 22 iyul 2011 16:06 (UTC +04:00)
Qeyd edək ki, Serbiya hakimiyyət orqanları vaxtilə Xorvatiya ərazisində elan olunmuş “Serb Krainası”nın “prezidenti” olmuş Qoran Haciçi iyulun 20-də həbs ediblər.

Belqraddakı xüsusi məhkəmə Xorvatiya serblərinin sabiq lideri, 1991-1995-ci illərdə Xorvatiyada hərbi cinayətlər törətməkdə ittiham edilən Qoran Haciçin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunala təhvil verilməsi barədə qərar qəbul edib.

Haciç sonuncu dəfə 2004-cü ildə Serbiyanın Novi-Sad şəhərində görünüb və polisin onu yaxalamaq üçün keçirdiyi əməliyyatdan əvvəl yoxa çıxıb.

Q. Haciç yüzlərlə xorvat və digər millətlərin nümayəndələrinin öldürülməsində və deportasiyasında ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR