Bank Of Baku

Oslo yaxınlığındakı gənclər düşərgəsində atəş açan şəxs sağ ekstremizmlə bağlı olan etnik norveçlidir

Oslo yaxınlığındakı gənclər düşərgəsində atəş açan şəxs sağ ekstremizmlə bağlı olan etnik norveçlidir
# 23 iyul 2011 03:49 (UTC +04:00)
Bakı-APA. Norveçin paytaxtı yaxınlığındakı gənclər düşərgəsində 9 nəfəri qətlə yetirən şəxs etnik norveçlidir.
APA-nın verdiyi xəbərə görə, polis tərəfindən həbs olunan və hal hazırda dindirilən 32 yaşlı norveçli həmçinin Osloda törədilən partlayışda əsas şübhəli şəxs sayılır. Onun sağ ekstremizmlə bağlı olduğu bildirilir.
Xatırladaq ki, hadisə Norveçin hakimiyyətdə olan Əmək partiyasının gənclər təşkilatının yığıncağı zamanı baş verib.
Bu hadisədən bir neçə saat əvvəl Osloda VG qəzetinin binasında bombanın partlaması nəticəsində 7 nəfər həlak olub, onlarla insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR