Bank Of Baku

Breyvik partlayışı törətdiyini etiraf edib, lakin cinayət törətmədiyini deyib

Breyvik partlayışı törətdiyini etiraf edib, lakin cinayət törətmədiyini deyib
# 25 iyul 2011 22:50 (UTC +04:00)
Bakı-APA. Norveçdə cümə günü partlayış və kütləvi qırğın törətdiyini ehtiraf edən şəxsin işi ilə bağlı məhkəmədə dinləməsi 35 dəqiqə davam edib. İttihamçılar Anders Behrinq Breyvikin məhkəmə prosesi başlayanadək səkkiz həftə həbsdə saxlanılmasını tələb edəcəklərini deyiblər. Bundan əvvəl məhkəmə dinləmənin bağlı qapılar arxasında keçəcəyi barədə qərar çıxarmışdı. Lakin sonra Breyvik hadisənin motivini anlatmaq üçün dinləmənin ictimaiyyət və mətbuat üçün açıq olmasını xahiş edib. Breyvikin vəkili onun hər iki hadisəni törətdiyini etiraf etdiyini, lakin cinayət törətdiyini inkar etdiyini deyib. O, vəkilinə hadisələrin dəhşətli olduğunu, lakin Norveç cəmiyyətində inqilab etmək üçün bunun vacib olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR