Bank Of Baku

Türkiyə Silahlı Qüvvələri ABŞ-dan dünyanın ən böyük helikopterlərindən olan «Chinook» helikopterləri alıb

Türkiyə Silahlı Qüvvələri ABŞ-dan dünyanın ən böyük helikopterlərindən olan «Chinook» helikopterləri alıb
# 26 iyul 2011 15:29 (UTC +04:00)
APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, dünyanın ən böyük helikopterlərindən olan «Chinook»lar 60 nəfər heyət, həmçinin mexaniki nəqliyyat vasitələri, topları belə daşımaq imkanına malikdir.

Alınacaq 6 helikopterdən 5-i Quru Qoşunlarının, 1-i isə Xüsusi Təyinatlı Qüvvələrin istifadəsində olacaq. Alğı-satqı müqaviləsinin dəyəri 400 milyon ABŞ dollarıdır.

Bu günədək Türkiyə Ordusunun yüklərin daşınması əsasən «Blackhawk» və «Cougar» helikopterləri vasitəsi ilə həyata keçirilib.

Qeyd edək ki, ilk nümunəsi 1962-ci ildə istehsal edilmiş «Chinook»ların ABŞ ordusunda 2040-cı ilə qədər istifadəsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR