Bank Of Baku

2022-ci ildə G7 sammitinin keçiriləcəyi yer müəyyənləşib

Elmau qəsri

© APA | Elmau qəsri

# 14 dekabr 2021 18:08 (UTC +04:00)

2022-ci ildə Almaniyanın sədrliyi ilə G7 ölkələri sammitinin keçiriləcəyi yer müəyyənləşib.

APA bu barədə Almaniya Hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, G7-nin sammiti 2022-i il iyunun 26-28-də Qarmiş-Partenkirxen (Bavariya) şəhəri yaxınlığındakı Elmau qəsrində baş tutacaq.

Nazirlər Kabinetinin sözçüsü Steffen Hebeshtreit bildirib ki, qəsr logistika və təhlükəsizlik baxımından bütün tələblərə cavab verir.

Qeyd edək ki, bu qəsr artıq bir dəfə 2015-ci ildə G7-nin iclasına ev sahibliyi edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR