Bank Of Baku

ABŞ Finlandiyada hərbi mövcudluğunu artırır

ABŞ Finlandiyada hərbi mövcudluğunu artırır
# 07 avqust 2025 06:57 (UTC +04:00)

ABŞ 2025-ci ilin sonuna qədər Finlandiyada hərbi iştirakını genişləndirəcək.

APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.

İyul ayının ortalarında ABŞ-ın dəniz piyada bölməsi Finlandiyaya gəlib. Hərbçilər Uusimaa briqadasında və Sahil Mühafizəsi briqadasında yerləşdirilib və təxminən bir ay ölkədə qalacaqlar.

Bundan əlavə, Kareliya briqadasına da amerikalı hərbçilər gəlib. Onların əsas vəzifəsi Finlandiya ordusuna ABŞ hərbi texnikasının istismarı və texniki qulluq qaydalarını öyrətməkdir.

Finlandiyanın müxtəlif bölgələrində il sonuna qədər bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Növbəti mərhələlər və təlimlərlə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR