Bank Of Baku

ABŞ-la Gürcüstan arasında müdafiə əməkdaşlığı müzakirə olunub

ABŞ-la Gürcüstan arasında müdafiə əməkdaşlığı müzakirə olunub
# 21 sentyabr 2026 17:58 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri köməkçisinin müavini Endryu Lumis Gürcüstanda səfərdədir.

APA-nın yerli bürosu xəbər verir ki, o, Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə görüş keçirib.

Görüşdə Gürcüstanla ABŞ arasında müdafiə sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.

Tərəflər regionda təhlükəsizlik sahəsində vəziyyəti və çağırışları, gürcü və amerikalı hərbçilərin beynəlxalq missiyalarda çoxillik birgə töhfələri, birgə hərbi təlimləri də nəzərdən keçiriblər.


Endryu Lumis Gürcüstana səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini Paata Patiaşvili və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor İrakli Çiçinadze ilə də görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR