Avropa İttifaqı dekabrın 16-da keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ-nin saytında dərc edilmiş bəyanatda bildirilib.
Qeyd olunub ki, 2 həftədir davam edən etirazlar zamanı Gürcüstan vətəndaşı polisin qanunsuz və qəddar müdaxiləsi ilə üzləşib, 400-dən çox şəxs saxlanılıb, 300-dən çoxu zorakılığa və pis rəftara məruz qalıb:
“Biz “Gürcü Arzusu”nu gərginliyi azaltmağa və gürcü xalqı üçün ağır xərclər gətirən bu mühitə son qoymağa çağırırıq. Zorakılıq etirazçıların Gürcüstanın demokratik və Avropa gələcəyi ilə bağlı tələblərinə cavab deyil”.