Avropa İttifaqı 2030-cu ilədək hibrid təhdidlərə vahid cavab mexanizmi hazırlamalıdır.
APA xəbər verir ki, bunu Vilnüsdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Litva Prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Hibrid təhdidləri diqqətdə saxlayırıq və 2030-cu ilədək onlara vahid cavab verməyə hazır olmaq üçün plan hazırlamışıq”, – deyə Koşta bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələr, Avropa Komissiyası və digər Avropa institutları “vahid cavabın hazırlanması istiqamətində birgə çalışırlar”.