Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının hüquqi statusu ilə bağlı sənəd qüvvəyə minib

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının hüquqi statusu ilə bağlı sənəd qüvvəyə minib
# 07 may 2024 13:12 (UTC +04:00)

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının (EUMA) hüquqi statusu ilə bağlı saziş qüvvəyə minib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının "X" hesabında məlumat verilib.

“Ratifikasiyanın yekun mərhələləri başa çatdıqdan sonra Aİ və Ermənistan Respublikası arasında EUMA-nın statusu haqqında Saziş – SOMA artıq qüvvəyə minib”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, EUMA-nın hüquqi statusu ilə bağlı saziş ötən ilin noyabrında imzalanıb. Missiya iki illik mandatla 20 fevral 2023-cü ildə Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. Silahsız, mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) Missiyası və Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca təhlükəsizlik vəziyyətini müşahidə edir və hesabat verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR