Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib - YENİLƏNİB

Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib - YENİLƏNİB
# 20 may 2025 13:45 (UTC +04:00)

Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

“Aİ 200-ə yaxın kölgə donanma gəmisini hədəf alan Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Yeni tədbirlər hibrid təhdidlərə və insan hüquqlarına da toxunur. Rusiyaya qarşı daha çox sanksiyalar hazırlanıb. Rusiya nə qədər uzun müddət müharibə aparırsa, bizim cavabımız bir o qədər sərt olur”, - Kallas qeyd edib.

***

13:29

Ukrayna, Suriya və Yaxın Şərq məsələləri Aİ Xarici Əlaqələr Şurasının gündəliyində

Ukrayna, Suriya və Yaxın Şərqi müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Xarici Əlaqələr Şurasının iclasından əvvəl bildirib.

İsraillə assosiasiya sazişinin dayandırılması müzakirə ediləcək

O qeyd edib ki, iclasda Avropa İttifaqının Xarici Əlaqələr Şurası İsraillə assosiasiya sazişinin dayandırılmasını müzakirə ediləcək.

Kallas Qəzzada humanitar vəziyyətin ağır olduğunu qeyd edib: “Humanitar yardımlar ən qısa zamanda Qəzzaya çatmalıdır”.

Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul edib, 18-ci paket hazırlanacaq

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ 17-ci sanksiyalar paketinin qəbulundan dərhal sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlamağa başlayacaq.

“Bu gün biz 17-ci sanksiyalar paketini qəbul edəcəyik və biz dərhal yeni paket hazırlamağa başlayacağıq”.

O, bu gün Suriyaya iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəklərinə ümid etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR