Bank Of Baku

Aİ Şurasının Prezidenti Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayıb

Şarl Mişel, Avropa İttifaqı Şurasının Prezidenti

© APA | Şarl Mişel, Avropa İttifaqı Şurasının Prezidenti

# 19 dekabr 2021 12:21 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistan tərəfə təhvil verilməsini alqışlayıb.
APA-nın xəbərinə görə, Şarl Mişel bu barədə "Twitter"də paylaşım edib.
"Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakının saxlanılan 10 ermənini azad etməsini səmimiyyətlə alqışlayırıq. Bu Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir", - deyə o bildirib.
Aİ Şurasının Prezidenti qeyd edib ki, Aİ tərəfi saxlanılanların İrəvana transferin həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR