Bank Of Baku

Aİ Şurasının Prezidenti Zelenskini Brüsselə dəvət edib

Aİ Şurasının Prezidenti Zelenskini Brüsselə dəvət edib
# 27 fevral 2025 12:04 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenskini Brüsselə dəvət edib.

APA xəbər verir ki, bu barədə o, dəvət məktubunda qeyd edib.

“Mən prezident Zelenskini son hadisələri bizimlə müzakirə etmək üçün Avropa Şurasının iclası münasibətilə Brüsselə gəlməyə dəvət etmişəm”,- o bildirib.

Qeyd edək ki, Avropa İttifaqı martın 6-da Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.

“Biz Avropanın müdafiəsinə diqqət yetirəcəyik, ardınca Ukrayna ilə bağlı müzakirələr aparacağıq. Martın 6-da keçiriləcək görüşümüzü səbirsizliklə gözləyirəm”, - Koşta vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR