Paşha Bank
Bank Of Baku

Almaniya XİN rəhbəri Lavrovla görüşün detallarını açıqlayıb

Almaniya XİN rəhbəri Lavrovla görüşün detallarını açıqlayıb
# 27 sentyabr 2026 09:29 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün detallarını açıqlayıb.

Yohann Vadeful “Tagesschau.de”-yə açıqlamasında bildirib ki, Sergey Lavrovla 20 dəqiqəlik görüş üçüncü tərəflərin vasitəçiliyi ilə baş tutub.

Almaniyalı nazir qeyd edib ki, bir çox şəxslər ondan bu söhbəti keçirməsini xahiş ediblər.

“Digər ölkələrdən çoxsaylı həmkarlarım mənə müraciət edərək Rusiyanın danışıqlara hazır olduğunu deyirdilər”.

Yohann Vadeful nəzərə çatdırıb ki, söhbət zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri müzakirə olunub. Xüsusilə Ukrayna və Rusiyadan taxıl ixracı məsələsinə toxunulub, çünki Misirdə aclıq təhlükəsi mövcuddur. Bundan əlavə, digər müzakirə mövzusu Leypsiq hava limanında baş verən pilotsuz uçuş aparatı insidenti olub. Vadefulun sözlərinə görə, o, Lavrova “qırmızı xəttin keçildiyini, belə halların bir daha təkrarlanmayacağını gözlədiklərini və istənilən vaxt cavab verməyə hazır olduqlarını” çatdırıb.

Digər mövzulardan biri də müharibənin başa çatdırılması və sülh danışıqları olub. Yohann Vadeful Almaniyanın Ukraynaya “sarsılmaz” dəstəyini vurğulayıb və Rusiyanın bundan sonra danışıqlar masasına əyləşməli olduğunu bildirib.

Vadeful Lavrovla görüşü düzgün qərar hesab edir

Almaniya XİN başçısı vurğulayıb ki, hazırda Rusiya müharibəni dayandırmağa hazır deyil, lakin, danışıqlar zəruridir: “Diplomatiyanın vəzifəsi də məhz bundan ibarətdir. Sergey Lavrovla söhbət Almaniyanın xarici siyasət kursunun dəyişməsinin əlaməti deyil. Almaniya beynəlxalq hüquq normalarını müdafiə edir və Ukraynanın tərəfindədir. Lakin danışıqların aparılması, o cümlədən fundamental fikir ayrılıqlarının mövcud olduğu tərəflərlə danışıqlar aparmaq xarici işlər nazirinin əsas vəzifələrindən biridir”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından sonra ilk dəfə almaniyalı həmkarı Yohann Vadefulla görüşüb.

İkitərəfli görüş BMT Baş Assambleyasının iclasları çərçivəsində, Rusiya nümayəndə heyətinin danışıqlar otağında baş tutub. Rusiya Xarici İşlər Nazirliyindən bildirildiyinə görə, danışıqlar Almaniyanın təşəbbüsü ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR