Bank Of Baku

Almaniyanın Bavariya əyalətində əhalinin 57 faizi Merzin istefasını istəyir

Almaniya kansleri Fridrix Merz

© APA | Almaniya kansleri Fridrix Merz

# 20 oktyabr 2026 06:49 (UTC +04:00)

Almaniyanın Bavariya əyalətində keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 57 faizi kansler Fridrix Merzin dərhal istefa verməsinin tərəfdarıdır.

“Münchner Merkur” nəşrinin məlumatına görə, sorğu GMS sosioloji institutu tərəfindən “Sat 1 Bayern” telekanalının sifarişi ilə keçirilib.

Respondentlərdən hakim koalisiyanın islahat siyasətindəki uğursuzluqları və regional seçkilərin nəticələri fonunda Merzin vəzifəsindən ayrılmalı olub-olmadığı soruşulub.

Sorğuda iştirak edənlərin 57 faizi kanslerin istefasını dəstəkləyib, 32 faizi isə buna qarşı çıxıb.

Bavariyada fəaliyyət göstərən Xristian Sosial İttifaqının (XSS) tərəfdarları arasında da Merzə münasibətdə fikir ayrılığı müşahidə olunub. Onların 50 faizi kanslerin istefasını dəstəkləyib, 42 faizi isə onun vəzifəsində qalmasının tərəfdarı olub.

Sorğunun nəticələri XSS-in qarşıdan gələn ümummilli qurultayı ərəfəsində açıqlanıb.

Məlumata görə, Bavariyada XSS-in dəstək göstəricisi 37 faiz, “Almaniya üçün Alternativ” partiyasının 22 faiz, Yaşıllar Partiyasının isə 15 faiz təşkil edir.

Sorğu oktyabrın 14-dən 19-dək 1011 nəfər arasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR