Bank Of Baku

Almaniyanın müdafiə naziri ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib

Almaniya müdafiə naziri Boris Pistorius

© APA | Almaniya müdafiə naziri Boris Pistorius

# 16 mart 2026 16:55 (UTC +04:00)

Bu bizim müharibəmiz deyil.

“Reuters” xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Pistorius ABŞ Prezidenti Donald Trampın İrana qarşı ABŞ-İsrail müharibəsində hərbi dəstək tələblərini rədd edib.

“Tramp bir neçə Avropa freqatının ABŞ-ın güclü donanmasının edə bilmədiyi işi görə biləcəyini gözləyir? Bu bizim müharibəmiz deyil və biz başlamamışıq”, - nazir qeyd edib.

Nazir Almaniya ordusunun Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə iştirak etməyəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR