Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, qəzada 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Qəza Eskişehir-Ankara magistral yolunda iki minik avtomobilinin toqquşması nəticəsində baş verib.