Bank Of Baku

Avropa Komissiyasının Prezidenti: Aİ-nin müdafiəsini öz üzərinə götürməsinin vaxtı çatıb

Ursula von der Leyen, Avropa Komissiyasının Prezidenti

© APA | Ursula von der Leyen, Avropa Komissiyasının Prezidenti

# 09 fevral 2025 18:26 (UTC +04:00)

Avropa İttifaqının təhlükəsizliyini və müdafiəsini öz üzərinə götürməsinin vaxtı çatıb.

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Litvada mətbuat konfransında bildirib.

“İnfrastrukturun müdafiəsi ilə bərabər təhlükəsizliyimizi və müdafiəmizi öz üzərimizə götürməyin zamanı çatıb. Əslində bunu çoxdan etməli idik. NATO müdafiəmizin əsası olmaqda qalır. Ancaq aydındır ki, bizə Ümumavropa müdafiəsi lazımdır”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR