Oktyabrda avrozonada sənaye istehsalının dəyəri daha əvvəlki ayla müqayisədə 5.4% artıb. Avropa İttifaqı üzrə artım isə 5% təşkil edib.
APA-nın xəbərinə görə, bu məlumat Avropa Statistika Ofisi Avrostatın bu gün elan etdiyi məlumatda yer alır.
Qurumun məlumatına görə, illik əsasda artım daha yüksəkdir. Belə ki, 2020-ci ilin oktyabrı ilə müqayisədə sənaye istehsalı avrozonada 22, Avropa İttifaqında isə 21.7% bahalaşıb.
Bahalaşma sənayenin müxtəlif sahələri üzrə də fərqli olub. Ən ciddi artım enerji və aralıq məhsulların istehsalında müşahidə olunub.
Sənaye istehsalının maya dəyərində ən ciddi bahalaşma 11.2%-lə Belçikada qeydə alınıb. İsveçdə isə əksinə bu sahədə 0.2% ucuzlaşma mövcuddur. İllik müqayisədə bahalaşmaya görə isə 90%-lə İrlandiya liderlik edir.