Almaniya məhkəməsi 2019-cu ildə Berlində Gürcüstan vətəndaşını öldürən Rusiya vətəndaşı ilə bağlı qərar çıxarıb.
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, məhkəmə Vadim K kimi tanınan Rusiya vətəndaşının ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Almaniya Rusiyanı 2019-ci ilin avqustunda Berlində parkda öldürülən şəxsin qətlini sifariş verməkdə ittiham edib. Federal prokurorlar qətli sifariş verməkdə “Rusiya Federasiyasının mərkəzi hökumətinin dövlət qurumlarını” ittiham edib.
Rusiya tərəfi cinayətdə iştirakına dair ittihamları tamamilə əsassız adlandırıb və ölümlə heç bir əlaqəsi olmadığını bildirib.
Öldürülən Zelimxan Xanqoşvili Berlinin Kleiner Tiergarten parkında güllələnib. 40 yaşlı Gürcüstan vətəndaşı Rusiyaya qarşı döyüşən keçmiş çeçen komandiri olub.