Bank Of Baku

BMT: Ukraynada müharibə başlayandan 10 mindən çox dinc sakin həlak olub

BMT: Ukraynada müharibə başlayandan 10 mindən çox dinc sakin həlak olub
# 12 yanvar 2024 00:43 (UTC +04:00)

Ukraynada müharibə başlayandan - 2022-ci ilin fevralından 575-i uşaq olmaqla 10200-dən çox insan həlak olub.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsindən məlumat verilib.

Ukraynada mülki şəxslər arasında yaralıların sayının 19300 nəfəri ötdüyü də dəqiqləşdirilir.

“Dekabrın 29-dan biz münaqişənin daha bir eskalasiyasının şahidi olduq: Ukrayna ərazisində hava hücumları mülki əhalinin ölümü və yaralanmasının artmasına, habelə evlərin, məktəblərin, xəstəxanaların, elektrik şəbəkələrinin və digər mühüm mülki infrastrukturun geniş şəkildə dağılmasına səbəb olub”, - məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR