Bank Of Baku

Boçorişvili: Aİ-nin Gürcüstanla vizasız rejimi dayandırması üçün əsas yoxdur

Boçorişvili: Aİ-nin Gürcüstanla vizasız rejimi dayandırması üçün əsas yoxdur
# 07 oktyabr 2025 13:19 (UTC +04:00)

“Sizi əmin edə bilərəm ki, “Gürcü Arzusu”nun siyasətinə görə vizasız rejim dayandırılmayacaq”.


APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvli jurnalistlərin Avropa İttifaqı ilə vizasız gediş-gəlişin mümkün dayandırılması ilə bağlı sualını cavablandırarkən deyib.


Onun sözlərinə görə, Gürcüstan məhz “Gürcü Arzusu”nun siyasəti sayəsində vizasız gediş-gəliş rejimini əldə edib.


“Gürcüstan Avropa İttifaqı ilə münasibətlərlə bağlı öhdəliklərini, o cümlədən assosiasiya sazişini həmişə çox yaxşı yerinə yetirib. Gürcüstanla vizasız rejimin dayandırılması məsələsini müzakirə etmək üçün nə səbəb, nə də əsas var”, - nazir söyləyib.
Qeyd edək ki, Avropa İttifaqı ilə Gürcüstan arasında vizasız rejim 2017-ci ilin martın 28-dən qüvvədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR