Paşha Bank
Bank Of Baku

Bomba təhdidinə görə London–Sofiya reysi ilə uçan təyyarə Budapeştə yönləndirilib

Bomba təhdidinə görə London–Sofiya reysi ilə uçan təyyarə Budapeştə yönləndirilib
# 02 noyabr 2026 17:45 (UTC +04:00)

London–Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhdidi səbəbindən Macarıstanın paytaxtı Budapeştə yönləndirilib.

APA xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi “Facebook” hesabında məlumat verib.

Nazirin sözlərinə görə, təyyarəni müşayiət etmək məqsədilə Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcı təyyarəsi havaya qaldırılıb. Sərnişin təyyarəsi daha sonra Budapeşt hava limanına eniş edib.

“Wizz Air” aviaşirkətindən 24.hu xəbər portalına bildiriblər ki, hazırda təyyarədə və sərnişinlər arasında təhlükəsizlik məqsədilə yoxlama aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR