Bank Of Baku

Boris Conson Omicronla mübarizə çərçivəsində yeni missiya başladıb 

Boris Conson

© APA | Boris Conson

# 13 dekabr 2021 04:08 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson bu gün Omicrona qarşı mübarizədə milli gücləndirici vaksinasiya proqramına başladıqlarını bildirib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, yeni proqrama əsasən, bu ilin sonuna qədər 18 yaşını ötən hər bir şəxs koronavirusa qarşı üçüncü doza vaksin olunacaq.

Boris Conson bildirib ki, Omicron sürətlə dalğa halında yayılır və iki doza peyvənd hamının ehtiyac duyduğu qorunma səviyyəsini təmin etmək üçün kifayət deyil.

Baş nazir bildirib ki, bütün yetkin yaşına çatmış şəxslərin yanvarın 1-nə qədər üçüncü doza vaksin olunması fövqəladə səy tələb edəcək və buna görə klinikalar öz iş saatlarını uzatmalı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR