Bank Of Baku

Böyük Britaniyada sanitar-epidemioloji tədbirlər sərtləşdirilib

Böyük Britaniyada sanitar-epidemioloji tədbirlər sərtləşdirilib
# 10 dekabr 2021 04:05 (UTC +04:00)

Böyük Britaniyada hökumət “Omicron” ştamının yayılmasının qarşısını almaq üçün epidemioloji tədbirləri sərtləşdirib.

APA-nın xəbərinə görə, bu gündən etibarən qapalı məkanların əksəriyyətində tibbi maskadan istifadə məcburidir. Dekabrın 13-dən isə müəssisələrə əməkdaşları distant iş rejiminə keçirmək tövsiyə edilib. Həmçinin qarşıdakı həftədən İngiltərədə ilk dəfə kütləvi tədbirlər və gecə klublarına daxil olmaq istəyən şəxslərdən elektron vaksinasiya sənədi tələb olunacaq.

Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə indiyədək ölkədə “Omicron” ştamına 568 yoluxma faktı aşkarlanıb. Real rəqəmlərin isə 10 minə yaxın olduğu ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR