Bank Of Baku

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Böyük Britaniyanın müdafiə naziri Con Hili

© APA | Böyük Britaniyanın müdafiə naziri Con Hili

# 11 iyun 2026 15:32 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə naziri Con Hili istefa verib.

“Sky News” xəbər verir ki, müdafiə naziri bununla bağlı Baş nazir Kir Strarmerə məktub yazıb.

O, Baş nazirə hərbi sahədə investisiyaların artırılması üçün kifayət qədər resurs dəstəyi göstərilmədiyindən şikayətlənib.

Hili qeyd edib ki, ölkənin müdafiəsinin gücləndirilməsi üçün hərbi investisiya planı çərçivəsində daha çox investisiyaya ehtiyac var.

Müdafiə naziri qeyd edib ki, yanvar ayında Baş nazirin nəzarəti altında tamamlanan mükəmməl hökumət fəaliyyəti nəticəsində hərbi sahədə Britaniyanın üzləşdiyi çağırışlar və artan tələblərin əhəmiyyəti üzə çıxıb.

“O vaxtdan bəri siz ölkənin ehtiyacı olan resursları təhdidlərin artdığı bu dövrdə müdafiə sahəsinə yönləndirə bilməmisiniz. Xəzinədarlıq Nazirliyi isə sadəcə bunu etmək istəməyib”, - Hili Starmerə məktubunda şikayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR